Məmuru sığorta edirik?

2021-ci ildə işsizlikdən sığorta fondunun gəlir və xərcləri 157,7 milyon manat nəzərdə tutulub.

İqtisadçı alim Qubad İbadoğlu yazır ki, işsizlərə sığorta ödənişləri üçün 13 milyon manat ödənməlidir: “41 milyon 994,9 min manat isə Dövlət Məşğulluq Agentliyinin, Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanması xərclərinə ayrılıb. İşsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulmuş vəsait fondun cəmi xərclərinin 8,24 faizinə bərabərdir.

Fondun gəlirləri işləyənlərə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında ödənişlər hesabına formalaşır. İşsizlik adına işləyənlərdən və işəgötürənlərdən pul yığılır, bəhrəsini də məmurlar görür”.

pia.az