Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib - Foto

Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verilib.

APA-nın xəbərinə görə, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, 1986-cı ildə Mingəçevir şəhərində anadan olan Samir Babayev terror təşkilatının faəliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub.

pia.az