Su sexində partlayış: İşçi faciəli şəkildə öldü

Qaxda mineral su sexində partlayış olub. Hadisə nəticəsində sexin işçisi faciəli şəkildə ölüb.

Hadisə rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib.

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanovun bədəni bir neçə yerə bölünüb.

Məlumata görə, A.Şabanov toya hazırlaşırmış. Təxminən bir həftə-10 gün sonra qızını gəlin köçürmək niyyətində imiş.

Hadisə ilə bağlı Qax rayon İcra Hakimiyyətindən "Bakupost"a bildirilib ki, bu barədə heç bir məlumatları yoxdur.

pia.az