NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib, NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

pia.az