Serxio Ramos açıqladı: PSJ-yə keçir

İspaniyanın "Real Madrid" klubundan ayrılan Serxio Ramos karyerasını Fransada davam etdirəcək.

"Report"un "Cadena COPE" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi Madrid təmsilçisindən ayrılmazdan əvvəl komandanın üç futbolçusuna PSJ-də oynayacağını deyib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Ramosla PSJ-dən əlavə, İngiltərənin "Mançester Yunayted". "Çelsi" və İtaliyanın "Milan" klubları maraqlanıb.

pia.az