Şoyqu erməni həmkarı ilə sərhəddəki vəziyyətdən danışdı

Rusiya və Ermənistanın müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon söhbəti olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Geqarkunik və Syunik bölgələrində sərhəddəki vəziyyəti və həll yollarını müzakirə olunub.

Ermənistan və Rusiya müdafiə nazirləri müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığının dinamik inkişafından məmnunluqlarını ifadə edib, bu istiqamətdə göstərilən proqramların vaxtında və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı regional problemlərə də toxunulub.

pia.az