Britaniyada koranavirusa yoluxanların ümumi sayı 4 640 507 nəfərə çatıb

Böyük Britaniyada son sutka ərzində 10 633 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 640 507 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 5 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 981 nəfərə çatıb.

pia.az