Türkmənistanın Moskvadakı səfirliyində polis zabiti intihar etdi

Moskvadakı Türkmənistan səfirliyinin qarşısındakı mühafizə postunda bir polisin cəsədi tapılıb. Bu barədə Moskva Daxili İşlər Nazirliyinin baş qərargahının mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları nəzarət-buraxılış məntəqəsində növbətçi polis baş leytenantının cəsədini tapdılar.

Agentliyin məlumatına görə, polis intihar edib. Faktla bağlı yoxlama aparılır, hadisənin bütün tərəfləri aydınlaşdırılır.

pia.az