Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

Yerevanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ailə üzvləri ilə birlikdə səsvermə məntəqəsinə gedib, səs vermək üçün bir neçə dəqiqə növbədə gözləyib.

Bülleteni qutuya atdıqdan sonra jurnalistlərin suallarına cavab vermədən seçki məntəqəsini tərk edib.

***

Ermənistanın keçmiş prezidenti, “Ermənistan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan arvadı Bella ilə Yerevandakı səsvermə məntəqələrindən birində səs verib.

O, jurnalistlərə “layiqli sülh və iqtisadi rifah” üçün səs verdiyini bildirib. Seçki məntəqəsindən çıxanda jurnalistlərdən biri ondan qələbəyə inanıb-inanmadığını, şansını necə dəyərləndirdiyini soruşub. “Bəs siz buna şübhə edirsiniz?”,-Köçəryan cavab verib.

***

Ermənistanda Mərkəzi Seçki Komissiyası sükut günündə qaydaları pozduğu üçün 2Vətəndaş müqaviləsi” partiyasına və Nikol Paşinyana xəbərdarlıq edib.

Bu haqda Robert Köçəryanın “Ermənistan” bloku bildirir. Belə ki, ötən gün Nikol Paşinyan Facebook-da birbaşa efirə çıxıb və vətəndaşları seçkiyə getməyə çağırıb. Habelə ötən gün bir çox yerlərdə “Ermənistan” blokunun rəhbərlərinə qarşı nifrət və təhqir məzmunlu materiallar yayılıb. Bu prosesi hakimiyyətə yaxın Soros təşkilatlarının təşkil etdiyi bildirilir.

pia.az