İstanbulda zəlzələ oldu

İstanbulun Kartal rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:07-də qeydə alındığını açıqlayıb.

Zəlzələ yerin 7,06 kilometr dərinliyində baş verib.

pia.az