Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində müzakirə panelində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində müzakirə panelində iştirak edib.

APA-nın xəbərinə görə, Azərbaycan XİN başçısı "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda panelə qatılıb.

Müzakirələrdə Ceyhun Bayramovla yanaşı Gürcüstanın xarici işlər naziri David Zalkaliani, MHP-nin Türk Dünyası və Beynəlxalq Münasibətlər üzrə sədr müavini Kamil Aydın, Ermənistanın sabiq xarici işlər nazirinin müavini, tarixçi Jirard Libardian və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza iştirak edib.

pia.az