YAP-ın ilk hesabatı Nəsimi rayonundan başlayacaq

Yeni Azərbaycan Partiyası Bakı şəhəri üzrə rayon təşkilatlarının hesabat yığıncağına videoformatda start verəcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, hesabat yığıncağına gələn həftədən başlanılacaq. Belə ki, ilk iclas 21 iyun tarixində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatında baş tutacaq.

Nəzərinizə çatdıraq ki, YAP-ın VII qurultayında təsdiq edilmiş yeni nizamnaməyə əsasən ikinci vəzifəsi ola bilməz.

Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

pia.az