Bəzi göz, qulaq xəstəlikləri və nitq pozuntuları zamanı əlillik müddətsiz təyin olunacaq

Gözün və gözün əlavə aparatının, qulağın və məməyəbənzər çıxıntının, görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin pozuntuları zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

Bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Gözün və gözün əlavə aparatının, qulağın və məməyəbənzər çıxıntının, görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də, artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin aşağıdakı pozuntuları zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

Gözün və gözün əlavə aparatının xəstəlikləri:

- Görmə itiliyi (daha yaxşı görən gözlə korreksiya ilə) 0-0,04 - 90%

- Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı olduğu halda - 50%

- Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər digər gözdə korreksiya ilə 0,2-0,3 olduğu halda - 60%

- Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər digər gözdə korreksiya ilə 0,1-0,2 olduğu halda - 70%

- Konsentrik daralma, binokulyar 10 - 0: 90%

- Konsentrik daralma, bir göz olmadan norma və ya 40-adək daralma: 50%

- Konsentrik daralma, bir göz olmadan