Rusiya sülhməramlıları həmişəlik Dağlıq Qarabağı öz nəzarətləri altında saxlayacaqlar? - Köçəryan belə istəyir...

Azərbaycanın Dağlıq Qarabağda Rusiya sülhməramlılarına müddətsiz mandatı verilməsinə razı olmasına ehtimal varmı?..

Politoloq: “Erməni qoşunlarının Qarabağdan çıxarılmasından tutmuş, bütün kommunikasiya açılmasına qədər olan bütün şərtlər yerinə yetirildikdən, eyni zamanda Azərbaycan və Ermənistan sərhədlərinin tamamilə müəyyənləşməsi prosesinin bitməsindən sonra Azərbaycan rus qoşunlarının Qarabağdan çıxarılmasının birmənalı tərəfdarı olacaq”.

“Düşünmürəm ki, 5 il tamam olandan sonra Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalmasında maraqlı olsun. Əksinə düşünürəm ki, 10 noyabr sənədində nəzərdə tutulmuş müddəaların qısa zaman çərçivəsində icra olunmasında Azərbaycan dövləti maraqlıdır”.

Bu sözləri politoloq Natiq Miri Robert Köçəryanın Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mandatınının müddətsiz elan edilməsi istəyini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın RİA Novosti Agentliyinə və RT beynəlxalq kanalına müsahibə verən Ermənistanın ikinci prezidenti, hazırda Erməmistanın baş nazirliyinə əsas namizədlərdən biri Robert Köçəryan bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mandatını müddətsiz elan etmək lazımdır. Köçəryanın bu istəyi ilə nəyə nail olmaq istəməsi aydındır. Eyni zamanda bu istək Rusiyanın da maraqlarını tam təmin edir.

Azərbaycanın Dağlıq Qarabağda Rusiya sülhməramlılarına müddətsiz mandatı verilməsinə razı olmasına ehtimal varmı və Rusiya sülhməramlıları 4 il yarımdan sonra da Dağlıq Qarabağı öz nəzarətləri altında saxlayacaqlarmı?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiya istəyər ki, qoşunları Cənubi Qafqazın ən güclü və strateji mərkəzi olan Azərbaycanın daxilində olsun. Amma bu məsələlər Rusiyanın istəyi ilə həll olunmur”.

Cənubi Qafqazda, xüsusilə Qarabağda qardaş Türkiyənin də mövcudluğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Şuşa bəyannaməsinin elan olunması artıq Qarabağ məsələsi ilə bağlı regionda istər regional, istərsə də qlobal heç bir gücün Azərbaycanı təhdid edə bilməməsini göstərir:

“Bir ölkənin ərazisində başqa dövlətin ordusu varsa, bu zaman həmin ölkənin suveren hüquqlarından danışmaq olmaz. Fakt ortadadır ki, rus sülhməramlıları Qarabağda özləri üçün bir təmas xətti müəyyənləşdiriblər. Bu təmas xəttindən o tərəfə, yəni Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycanın rəsmi idarəetmə orqanları mövcud deyil. Azərbaycan həmin ərazilərə nəzarət edə bilmir.

Belə bir vəziyyəti özünə hörmət edən heç bir müstəqil ölkə istəməz. Buna görə də bu məsələ nə qədər tez öz həllini taparsa və nə qədər tez Rusiyanın sülhməramlı adı altında olan qoşunları Azərbaycandan çıxarılarsa, Azərbaycan dövləti özünün ərazi bütövlüyünü və bütün ərazilərdə özünün suveren hüquqlarını təmin etmiş olacaq. Buna görə düşünmürəm ki, 5 il tamam olandan sonra Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalmasında maraqlı olsun. Əksinə düşünürəm ki, 10 noyabr sənədində nəzərdə tutulmuş müddəaların qısa zaman çərçivəsində icra olunmasında Azərbaycan dövləti maraqlıdır.

Erməni qoşunlarının Qarabağdan çıxarılmasından tutmuş, bütün kommunikasiya açılmasına qədər olan bütün şərtlər yerinə yetirildikdən, eyni zamanda Azərbaycan və Ermənistan sərhədlərinin tamamilə müəyyənləşməsi prosesinin bitməsindən sonra Azərbaycan rus qoşunlarının Qarabağdan çıxarılmasının birmənalı tərəfdarı olacaq. Düşünürəm ki, bu proseslər həyata keçəndən sonra Azərbaycan rus qoşunlarının Qarabağdan çıxarılmasını tələb edəcək.

Natiq Miri: “Fakt ortadadır ki, rus sülhməramlıları Qarabağda özləri üçün bir təmas xətti müəyyənləşdiriblər”.

Rusiya istəyər ki, qoşunları Cənubi Qafqazın ən güclü və strateji mərkəzi olan Azərbaycanın daxilində olsun. Amma bu məsələlər Rusiyanın istəyi ilə həll olunmur. Həmçinin də Cənubi Qafqazda, xüsusilə Qarabağda qardaş Türkiyənin də mövcudluğu var. Şuşa bəyannaməsinin bağlanması da bir daha onu göstərdi ki, artıq Qarabağ məsələsi ilə bağlı regionda istər regional, istərsə də qlobal heç bir güc Azərbaycanı təhdid edə bilməz. Çünki Azərbaycana qarşı hər hansı bir təhlükə yarandığı təqdirdə Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycan-Türkiyə qoşunları birlikdə vuruşacaq.

Buna görə də düşünürəm ki, kimlərsə bu məsələni xəyal edirsə, bu yöndə xəyal etməyə dəyməz. Bunu nə Ermənistandakı Rusiyapərəst siyasətçilər, nə də Rusiya bunu xəyal etməsin. Çünki istənilən bir təxribat qarşılıq görəcək. Bu da dövlətlər arası münasiblərin daha da gərginləşməsinə səbəb ola bilər. Bu da Rusiyanın marağında deyil”.

Nərminə UMUDLUpia.az