Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

PİA.az Manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi polis polkovnik-leytenantı Firdovsi Yusubov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Hazırda rəis vəzifəsini müvəqqəti olaraq Hüseyn Hüseynov icra edir.

pia.az