Saatlıda iki avtomobil toqquşub - xəsarət alan var

Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzindəki çörək zavodunun yaxınlığında qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Şirinbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mustafa Məlik oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az