Birinci Qarabağ müharibəsindən bu günə qədər 2 milyon insan Ermənistanı tərk edib

"Ermənistanda ən böyük mühacirət 1992-1994-cü illərdə qeydə alınıb".

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın İctimai Şuranın Miqrasiya Məsələləri üzrə Komissiyasının sədri Qaqik Yeganyan məlumat verib. O bildirib ki, vəziyyət 2000-ci illərdə nisbətən sabitləşdi ancaq, sonrakı vaxtlarda mühacirət yenidən artdı: "30 illik müddətdə 1,6-1,7 milyon insan ölkəni tərk edib. Bunlardan 1,1-1,2 milyonu Rusiyaya, təxminən 150 mini ABŞ-a, 120 mindən çoxu Avropaya, qalanları isə müxtəlif MDB ölkələrinə və digər əyalətlərə köçüb".Yeganyanın sözlərinə görə, Ermənistanda doğum nisbəti də azalmaqda davam edir. O bildirib ki, əgər 1980-ci illərdə Ermənistanda hər il 90 min uşaq dünyaya gəlirdisə, hazırkı dövrdə il ərzində sadəcə 10-12 min uşaq doğulur.

pia.az