Kürdə batan yeniyetmələrin adları məlum oldu - Yenilənib

Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində batan yeniyetmələrin adları məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlu çayda çimərkən batıb.

Hazırda onların axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

***

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində iki nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

pia.az