Biləsuvarda motosiklet qəzası olub - xəsarət alan var

Biləsuvar rayonunda motosiklet qəzaya uğrayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Dərvişli kənd sakini, 1972-ci il təvəllüdlü Abbasov Vüqar Əzimxan oğlu "Planet 5" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yoldan kənara aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az