İranda ötən sutkada COVID-19-dan 124 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 124 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 796 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9966 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 013 078 nəfərə çatıb.

pia.az