Təhsil nazirindən peyvənd vurdurmayan müəllimlər barədə açıqlama

Peyvənd vurdurmayan müəllimlərin yeni dərs ilində məktəbə qayıdıb-qayıtmayacağına aydınlıq gətirilib.

Təhsil naziri Emin Əmrullayev vaksin vurdurmayan müəllimlərin sentyabrda dərsə qayıdıb-qayıtmayacağına aydınlıq gətirib.

PİA.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib ki, immuniteti olan müəllimlərin məktəblərə gəlməsi daha düzgündür: “İmmuniteti olmayanların məktəbə gəlmələrini təhlükəli hesab edirik. İlk növbədə həmin adamların özləri üçün bu, təhlükəlidir. Çünki yoluxma artanda öyrənmə prosesi dayanır və biz istəməzdik ki, öyrənmə prosesi dayansın”.

pia.az