Nazirlər Kabinetində Avro-2020-nin final oyunlarına hazırlıq işləri müzakirə olunub

İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Avro-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.

pia.az