Həbsxanaya narkotik keçirməyə çalışan saxlanıldı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

PİA.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Rizayev Ruslan Əlirza oğluna qohumu Abdullayev Mahmud Rauf oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın yan cibində gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 0,050 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

pia.az