ANAMA: İşğaldan azad edilmiş ərazilərdə son həftədə 260 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, mayın 31-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 224 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 159 hektar ərazi mina və PHS-lardan təmizlənib.

pia.az