İqtisadçıdan büdcə qeydi

Milli Məclis Azərbaycanın 2020-ci il büdcəsinin icrası haqqında qanun layihəsini son oxunuşda qəbul etməyə hazırlaşır.

İqtisadçı Qubad İbadoğlu yazır ki, “Büdcə sistemi haqqında” qanun Maliyyə Nazirliyinin əvvəlki ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı və uyğun qanun layihəsini təsdiq üçün mayın 15-dən gec olmayaraq Milli Məclisə təqdim etməsini nəzərdə tutur: “Parlamentin 8 iyun iclasında 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü – son oxunuşda qəbul olunmalıdır. Ancaq Maliyyə Nazirliyi və Milli Məclis 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı, Hesablama Palatası isə bu hesabata dair rəyi saytlarında yerləşdirməyiblər”.

2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsində gəlirlər 24,7 milyard manat, xərclər 26,4 milyard manat göstərilir, icra olunmuş xərclər belə sıralanır:

iqtisadi fəaliyyət – 5,5 milyard manat;

müdafiə və milli təhlükəsizlik – 3,7 milyard manat

ümumi dövlət xidmətləri – 3,5 milyard manat;

sosial müdafiə və sosial təminat – 3,1 milyard manat;

təhsil – 2,8 milyard manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1,8 milyard manat;

səhiyyə – 1,7 milyard manat;

kənd təsərrüfatı – 862,2 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 342 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 245,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 240,6 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 2,5 milyard manat.

Layihəyə görə, 2020-ci ildə büdcə kəsiri 1,7 milyard manat, 2021-ci il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 1,5 milyard manat olub.(novator.az)

pia.az