Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın qız övladı dünyaya gəlib.

TASS xəbər verir ki, bu barədə ailənin rəsmi təmsilçisi məlumat yayıb.

Məlumatda uşağın iyunun 4-də anadan olduğu qeyd edilib. Lakin hadisə yalnız iki gün sonra açıqlanıb.

Körpəyə Lilibet Diana adı qoyulub.

Qeyd edək ki, bu, cütlüyün ikinci övladlarıdır.

pia.az