Hava Limanı - “28 May” ekspress marşrut xətti bərpa edilir

Sabah, 7 iyun tarixindən H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa edilir.

Bu barədə Bakupost.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq sərnişinlərin xidmətində olacaq.

pia.az