Rusiyada koronavirusdan daha 351 nəfər həyatını itirib

Rusiyada son sutka ərzində daha 9163 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 5 126 437 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan həm də 351 nəfər ölüb və pandemiya qurbanlarının ümumi sayı 123 787 nəfər olub.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdədir.

pia.az