Mingəçevirdə güclü külək fəsadlar törədib

Mingəçevirdə axşam saatlarında güclənən külək şəhərdə müəyyən fəsadlara yol açıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin M.P.Vaqif, M.Maqomayev, Nizami küçələrində və Sahil parkı ərazisində ağaclar aşıb.

Nəsimi parkında plakat yıxılıb. ağacların elektrik xətlərinin üzərinə aşması səbəbindən Günəşli yaşayış massivi işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

pia.az