“Formula-1”: Maks Ferstappen sıralama turunda birinci olub

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

Red Bull” pilotu Maks Ferstappen yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,625 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb. Ferstappeni komanda yoldaşı Serxio Peres izləyib. Sıralamada ilk “üçlüy”ü Luis Hamilton (“Mercedes”) qapayıb.

pia.az