Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşdü - Foto

Bakıda ana və qızı itkin düşüb.

Hadisə mayın 28-də baş verib.

Əliyeva Tirmə Mirbala qızı və onun altı yaşlı qızı Əsnad Xüssayn evdən çıxıb, bir daha geri qayıtmayıb.

İtkin düşən qadının bacısı Səadət Qasımova saytımıza bildirib ki, artıq dörd gündür ki, T.Əliyevadan bir xəbər ala bilmirlər:

“Mayın 28-də bacım uşağı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Həmin gün günorta saat 14:00 radələrində anamla danışıb və bildirib ki, evə qayıdırlar. Daha sonra atam bacımla əlaqə saxlayıb və ona zəng çatmayıb”.(oxu.aZ)

pia.az