Sabahdan etibarən Operativ Qərargahın bəzi qadağaları ləğv edilir

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.

Yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.

Mayın 31-dən etibarən:

- Açıq havada maskadan istifadə tələbi ləğv edilir;

- Metro açılır;

- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.

pia.az