"Mançester Siti" 2 futbolçu ilə yolları ayırır

"Mançester Siti" iki futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

PİA.az qol.az-a istinadən xəbər verir ki, "şəhərlilər" Rahim Sterlinq və Riyad Mahrezi satmaq istəyir. Sterlinqlə ən çox maraqlanan klub "Arsenal"dır. "Şəhərlilər" son vaxtlar əsas heyətə düşə bilməyən oyunçusu üçün qarşı tərəfin təklifini gözləyir. Baş məşqçi Pep Qvardiola həmçinin Mahrezin sərfəli transfer təklifi olarsa, gedişinə mane olmayacaq. Onların gedişi komandaya yeni transferlər üçün büdcə formalaşdıracaq.

Qeyd edək ki, Rahim Sterlinq 2015, Riyad Mahrez isə 2018-ci ildən "Mançester Siti"nin formasını geyinir.

pia.az