Türkiyəli futbolçu bayram paradında avtobusdan yıxıldı - Foto,Video

Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Bahri Can Avcı komandasının ölkənin Birinci liqasına çıxmasına həsr olunmuş parad zamanı avtobusdan yıxılıb.

Hadisənin videosu “Instant Foot”un “Twitter” hesabında yayımlanıb.

Hadisənin səbəbləri məlum deyil. Oyunçu dərhal xəstəxanaya yerləşdirilib. Onun ciddi travma almadığı deyilir.

Qeyd edək ki, “Kocaelispor” “Sakaryaspor”u 4:0 hesabı ilə məğlub edərək Birinci Türkiyə liqasına (ölkənin ikinci ən güclü divizionu) vəsiqə qazanıb.

##galery##

pia.az