Dünya çempionatı: Azərbaycanlı cütlük 12-ci oldu

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, təsnifat mərhələsini 20.650 xalla tamamlayan cütlük yekun sıralamada 12-ci olub. Bu nəticə isə finala yüksəlmək üçün kifayət etməyib.

pia.az