Dünyanın ən çox qazanan idmançısının adı açıqlandı

“Sportico” nəşri 2020-ci ilin iyunundan 2021-ci ilin may ayına qədər olan dövrdə ən çox qazanan idmançıların siyahısını açıqlayıb. İrlandiyalı qaydasız döyüş ustası Konor Makqreqor ilk 100-lükdə liderliyə yüksəlib.

Mütəxəssislərin fikrincə, idmançı öz markası olan viskinin nəzarət səhmlərinin satışından 170 milyon dollar qazanıb. Makqreqor Dastin Porye ilə UFC döyüşü üçün 28 milyon dollar və Amerika xaricindəki markalarla müxtəlif əməkdaşlıqdan 8 milyon dollar əldə edib.

Ümumilikdə, irlandiyalının gəliri 208 milyon dollar olub.

Nəşrə görə döyüşçü ən zəngin idmançıların reytinqində iki futbol ulduzunu - “Barcelona” komandasının kapitanı Lionel Messini (126 milyon dollar) və “Yuventus”un superulduzu Kriştiano Ronaldonu (120 milyon dollar) qabaqlayıb.

Əlavə edək ki, Makqreqor keçirdiyi 27 döyüşdən 22-də qalib gəlib. İrlandiyalı növbəti döyüşünü 11 iyulda amerikalı Dustin Porye ilə keçirəcək.

pia.az