Bulvarda ilanlar təhlükə yaradır

Dənizkənarı Bulvarda ilanın olması barədə paylaşım edilib.

PİA.az "bizim.media"-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Bildirilib ki, insanların istirahət etdiyi ərazidə ilan olub. Bu da orada istirahət edən şəxslər və azyaşlılar üçün təhlükə yaradıb.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva açıqlama verib ki, bu cür halların qarşısını almaq üçün mövsümə uyğun olaraq ərazidə dezinfeksiya işləri aparılır.

pia.az