Türkiyədə 80 qayıq batdı

Türkiyə ərazisində kəskin dəyişən hava şəraiti səbəbindən ölkənin Balıkesir vilayətinin Ayvalık rayonunda 80 qayığın batdığı müəyyən edilib.

Bakupost.az xəbər verir ki, qardaş ölkədə mayın 21-i səhər saatlarından başlayaraq kəskin dəyişən hava şəraiti böyük fəsadlar törədib. Təbii fəlakət ölkənin bir neçə vilayətinə, o cümlədən Balıkesir, İzmir, Bursa bölgələrinə də öz təsirini göstərib.

Dəyən zərərin müəyyən edilməsi üzrə başladılan araşdırmanın nəticəsində Balıkesirdə 56-ı şəxsi, 10-u gəzinti, 14-ü balıqçı olmaqla ümumilikdə 80 qayığın batdığı müəyyən edilib. Bölgəyə təxminən 50 milyon türk lirəsi məbləğində ziyan dəyib. Bundan əlavə təbiət hadisəsi nəticəsində 50 ağac kökündən çıxıb, 300 metr uzunluğu olan körpüdə ciddi zərərlər aşkarlanıb.

pia.az