Yeni müharibə olacaqmı? - Ermənistan Rusiyanın onun üçün vuruşmasını istəyir...

Rusiyanın və KTMT-nin sərhədlərin delimitasiyası və demarkasiyasının tezliklə həyata keçirilməsi ilə bağlı tövsiyyələri fonunda Ermənistan nəyə can atır?..

Politoloq: “Yeni müharibə bölgənin geosiyasi balansını tamamilə dəyişə bilər. Rusiya isə kənaq güclərin hərbi qüvvə ilə regiona müdaxilə etməsinə imkan verə bilməz”.

“Qaragöllə bağlı Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlanması ehtimalı minimumdur”.

Bu sözləri politoloq İlqar Vəlizadə Qaragöllə bağlı Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlanması ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda Qaragöl sərhəd bölgəsində hərbi güclərini tam artırırdıqlarını və ərazinin tamamilə nəzarətə götürüldüyünü bildirilib. Elə həmin ərəfələrdə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin toplantısında Ermənistanın müraciətinəı baxılıb və tərəflərə tövsiyyə olunub ki, sərhədlərin delimitasiyası və demarkasiyasının tezliklə həyata keçirilməsi ilə bağlı işlərə başlasınlar. Bu təbii ki, Ermənistanın heç də xoşuna gəlməyib. Toplantıda çıxış edən Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib ki, Azərbaycanın Ermənistan ərazilərinə girməsi bütün KTMT ölkələrinə qarşı atılmış addım kimi dəyərləndirilməlidir. Lakin Rusiya başda olmaqla üzv ölkələr Ayvazyanın bu replikasını diqqətə almaq istəməyərək tezliklər sərhədlərin müəyyənləşdirilməsini vacib hesab edirlər.

Təşkilatın baş katibi Stanislav Zasın isə “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik” açıqlaması ilə Putinin sözlərinini təkrar edib. Əslində Putinin Bakı və İrəvana “siyasi-diplomatik həll yolu” təklif etməsi Moskvanın tərəf olmayacağına dair son mövqeyinin çatdırılmasıdır.

Dünən həmçinin Rusiya prezidenti Vladimir Putin Azərbycan ptrzidenti İlham Əliyevə və Ermənistanda baş nazirin səlahiyyətlərini həyata keçirən Nikol Paşinyana zəng edərək Qaragöl sərhəd bölgəsində yaranmış vəziyyəti müzakirə edib. Ermənistanın sabiq prezidentinin kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan belə bir iddia irəli sürüb ki, Putinin təzyiqləri ilə yeni üçtərəfli bəyannamə hazırlanıb və ən yaxın zamanda bu bəyannamə imzalanacaq. Bəyyannamə Qazaxın işğal altında olan 7 kəndinin və Sədərək rayonun Kərki kəndinin Azərbaycana qaytarımasını və sərhədlərin sovet dönəminin xəritələrinə uyğun şəkildə razılaşdırılmasını nəzərdə tutur.

Bütün bunlara baxmayaraq bir çox siyasi ekspertlər Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlanmasını istisna etmirlər. Maraqlıdır ki, yeni müharibəyə daha çox Ermənistan tərəfi can atmaqdadır. Əslində Ermənistan Azərbaycanla özü müharibə etmək istəmir və bütün imkanları ilə çalışır ki, Rusiya və KTMT-ni müharibənin ətrafına çevirsin. Yeravanda da yaxşı başa düşürlər ki, ancaq bu halda qələbə çala və revanşist planlarını həyata keçirə bilərlər.

Maraq doğuran xüsuslardan biri də odur ki, dünən ABŞ Azərbaycan və Ermənistanı öz vətəndaşlarının səfər etməsi üçün qırmızı bölgə elan edib. Son dəfə Vaşinqton belə bir çağırışla 44 günlük müharibədən iki gün öncə çıxış etmişdi. Bu da bir çox ekspertlər tərəfindən bölgədə yeni müharibənin başlama ehtimalının böyük olması kimi dəyərləndirilib.

Qaragöllə bağlı Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlanması ehtimalı nə qədər böyüldür? Xüsusən Rusiyanın və KTMT-nin sərhədlərin delimitasiyası və demarkasiyasının tezliklə həyata keçirilməsi ilə bağlı tövsiyyələri fonunda Ermənistan nəyə can atır?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan regionda yenidən müharibənin alovlanmasını istəyir. Onlar bununla da noyabrın 10-da imzalanan sənədin qüvvədən düşməsini istəyirlər. Amma Ermənistanın bu arzusu yerinə yetməyəcək”.

Regionda hər-hansı səbəbdən müharibənin alovlanması ilk əvvəl daha qlobal risklərin yaranmasına imkan yol açacağını vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, yeni müharibə regiondan kənar qüvvələrin regiona gətirilməsinə şərait yaradacaq. Bu da nə Rusiyanın, nə Azərbaycanın, nə Türkiyənin, nə də regionda olan digər oyunçuların marağında deyil:

“Hesab edirəm ki, Qaragöllə bağlı Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlanması ehtimalı minimuma bərabərdir. Çünki hal-hazırda təsirsiz qüvvələr regionda hökmsüzdür. Bu qüvvələr Azərbaycanın yeni reallığı ilə barışıblar. Buna görə də onlar regionda yeni müharibə istəmirlər.

Qeyd edim ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycandan işgüzar səfərdən qayıdandan sonra Moskvada çıxışı zamanı münaqişə dövrünün geridə qaldığını bildirdi. Həmçinin dedi ki, artıq geriyə dönüş də yoxdur. Bu da ondan xəbər verir ki, Rusiya regionda yenidən müharibənin alovlanmasında maraqlı deyil.

İlqar Vəlizadə: “Rusiya kənar güclərin hərbi qüvvə ilə regiona müdaxilə etməsinə imkan verə bilməz. Bu Ruisya üçün də, İran üçün də, Türkiyə üçün də tamamilə qəbuledilməzdir”.

Regionda hər-hansı səbəblə müharibənin yenidən alovlanması ilk əvvəl daha qlobal risklərin yaranmasına yol açacaq. Hətta yeni müharibə regiondan kənar qüvvələrin regiona gətirilməsinə şərait yaradacaq. Bu da nə Rusiyanın, nə Azərbaycanın, nə Türkiyənin, nə də regionda olan digər oyunçuların marağında deyil. Çünki bu, bölgənin geosiyasi balansını tamamilə dəyişə bilər. Rusiya isə kənar güclərin hərbi qüvvə ilə regiona müdaxilə etməsinə imkan verə bilməz. Bu Ruisya üçün də, İran üçün də, Türkiyə üçün də tamamilə qəbuledilməzdir. Ona görə də hesab edirəm ki, Rusiya yeni müharibənin olmasına heç cür imkan verməyəcək.

Amma Ermənistan regionda yenidən müharibənin alovlanmasını istəyir. Onlar bununla da noyabrın 10-da imzalanan sənədin qüvvədən düşməsini istəyirlər. Amma Ermənistanın bu arzusu yerinə yetməyəcək”.

Nərminə UMUDLUpia.az