Qvatemalada həbsxanada qiyam: Yeddi nəfərin başı kəsildi - Foto

Qvatemalada həbsxanada bunt zamanı azı yeddi məhkumun başı kəsilib.

Bu barədə “Periodico” xəbər yayıb.

Qiyam Kantel bələdiyyəsindəki həbsxanada baş verib. Məlumata görə, həbsxanada 2252 məhkum saxlanılır ki, bu da maksimum tutumun iki qatından çoxdur.

Bunt ziyarət vaxtının bitməsindən bir neçə dəqiqə sonra başlayıb.

Hadisənin səbəbi kimi cinayətkar dəstələrin qarşıdurması göstərilib.

pia.az