Vətən müharibəsinin şəhidi Təbriz İbrahimovun nəşi Salyana gətirildi - Yenilənib

Vətən müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu Salyan rayonun gətirilib.

“Reprt”un Aran bürosu xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu (MAXE), əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.

Şəhid mayın 20-də Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Vətən müharibəsinin ilk günlərindən itkin düşən hərbçi Təbriz İbrahimovun nəşi anadan olduğu Salyan rayonuna aparılacaq.

APA Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçi sabah Salyan rayonunun Çadırlı kəndində dəfn olunacaq.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə,həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

pia.az