Səhhəti ağırlaşan Mətanət barədə yeni xəbər 

Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli dünən reanimasiyadan palataya yerləşdirilib.

PİA.az lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin bacısı Təranə İsgəndərli məlumat verib:

"Mətanət xanımın vəziyyəti çox ağır idi. Özünü çox pis hiss edirdi. Şükürlər olsun, əvvəlkinə baxanda, indi bir az normaldır. Amma özü çox zəifləyib, heysizdir.  Müalicəsini palatada davam etdirir".

pia.az