Abşeronda 33 yaşlı şəxs intihar edib

Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Musayev Asim Vəfa oğlu özünü evdə asaraq intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az