Rusiyada koronavirusa yoluxanların sayı 5 milyona çatır

Rusiyada son sutkada daha 9 328 nəfər COVID-19-a yoluxub.

Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 949 573 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 340 nəfər artaraq 116 211-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 563 254 nəfər sağalıb.

pia.az