Füzuli rayonunda baramaçılıq inkişaf etdirilir - Fotolar

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı AlıAlıyev Ramazan bayramı günlərində kümçülərlə görüşdü

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olmuş, həmin kənd də ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr vermişdir. Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.

İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər.

pia.az