Lənkəranda ağır qəzada yaralananların kimlikləri bəlli oldu – Yenilənib, Foto

Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlıumata görə, “Ləvəngi” dairəsində qeydə alınan hadisə zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini, 1995-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarında dayanan eyni markalı avtomobilə, nəticədə hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi də “Mercedes” markalı mikroavtobusa çarpılıb.

Hadisə zamanı VAZ-ın sürücüsü Fərahim Nəhmətov, sərnişinləri olan həmkəndliləri - 1996-cı il təvəllüdlü Elnur Mirqasım oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hər üçü reanimasiya şöbəsinə yerləşdirilib.

Nisbətən yüngül xəsarətlər alan daha üç nəfər - Girdəni kənd sakini, 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova, Bürcəli kənd sakini, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov və Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov isə travmatalogiya şöbəsinə yerləşdiriliblər.

***

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hərəkətdə olan iki VAZ-2107 markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən avtomobillərdən biri əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı mikroavtobusla toqquşub. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Lənkəranda 3 avtomobil toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sumqayıtda keçmiş məhkumun evindən 20 kiloqrama yaxın heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

##galery##

pia.az