İspaniyada azarkeşlər tribunalara qayıdır

İspaniya La Liqasında azarkeş qadağası ləğv olunub.

PİA.az APA-ya istinadən bildirir ki, hökumət koronavirus pandemiyasının nisbətən az yayıldığı şəhərlərdə oyunlara məhdud sayda tamaşaçıların buraxılmasını qərara alıb.

La Liqanın XXXVII turu çərçivəsində mayın 16-da keçiriləcək "Valensiya" - "Eybar", "Vilyarreal" - "Sevilya", həmçinin mayın 23-dəki son turda "Elçe" - "Atletik", "Levante" - "Kadiz" və "Selta" - "Betis" görüşlərində azarkeşlər tribunalarda komandalarını dəstəkləyə biləcəklər.

Həmin şəhərlərdə eyni zamanda basketbol matçları zamanı da zallara azarkeş buraxılacaq.

pia.az