I Divizion: Gümüş və bürünc medalçılar da məlum oldu

Futbol üzrə Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, "Neftçi-2"nin çempionluğunun ardından vitse-çempion və bürünc mükafatçı da müəyyənləşib. Buna XXVI turun "Turan Tovuz" - "Zaqatala" görüşündə aydınlıq gəlib. Səfər matçından 2:1 hesablı qələbə ilə ayrılan "Zaqatala" xalını 56-ya çatdıraraq, gümüş medala yiyələnib. 48 xala malik "Turan Tovuz" isə bürünc medalla kifayətlənib.

"Sabah-2" səfərdə "Neftçi" üzərində qələbə qazansa da, 45 xalla 4-cü pillədə qalıb. Lakin bu komanda özündən 3 xal irəlidəki "Turan Tovuz"u keçə bilməyəcək. Səbəb Tovuz komandasının paytaxt təmsilçisi üzərində şəxsi oyunlardakı üstünlüyüdür.

Digər oyunlara gəldikdə, "Keşlə-2" "Kəpəz"ə eyni hesabla, "Sumqayıt-2" isə "Qarabağ-2"yə minimal hesabla qalib gəlib. "Neftçi-2" evdə "Sabah-2"yə uduzub - 2:3. "Qaradağ Lökbatan" isə MOİK-i 3:1 hesabı ilə yenərək, xalını 26-ya çatdırıb və 7-ci pilləyə yüksəlib. Əvəzində 25 xala malik "Kəpəz" 8-ci, 21 xalı olan MOİK 10-cu pilləyə enib.

I Divizion, XXVI tur11 may (çərşənbə axşamı)

15:30. “Sumqayıt-2” – “Qarabağ-2” - 1:0Qol: Tahir Zeynalov, 71Qırmızı vərəqə: Seyxan Fərəcov, 85 ("Qarabağ-2")Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Taleh Məmmədov, Rəşad ƏhmədovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Rüfət Əmirov“Kapital Bank Arena” (ehtiyat meydança)

16:00. “Keşlə-2” – “Kəpəz” - 2:1Qollar: Samir Abdullayev, 2; 15 - Emil Qasımov, 49Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf AllahverdiyevHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Elgiz Abbasov“ASK Arena”

16:00. “Qaradağ Lökbatan” – MOİK - 3:1Qollar: Samir Ağayev, 11. Cavid Nəcizadə, 13. Sabir Allahquliyev, 71 - Elvin Nəsibov, 74Qırmızı vərəqə: Hüseyn Hüseynli, 46 (MOİK)Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi BayramovHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Maşallah ƏhmədovLökbatan Olimpiya İdman Kompleksinin stadionu

16:00. “Turan Tovuz” – “Zaqatala” - 1:2Qollar: Vidadi Cəfərov, 20 - Nicat Oruclu, 8. Roini İsmayılov, 24Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Tural QurbanovHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Məmmədəli MəmmədovTovuz şəhər stadionu

16:00. “Neftçi-2” - “Sabah-2” - 2:3Qollar: Ramin Nəsirli, 59. Famil Camalov, 65 - Samir Məhərrəmli, 45+1. Arsen Ağacanov, 80. Kamran Quliyev, 83 (pen.)Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Ruslan Quliyev, Kamal UmudluHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: İlham ƏliyevTürk Hava Yolları Futbol Mərkəzi (IV meydança).

pia.az