"Onlara görə sənətdən getmək istəyirəm" - Rəhim Rəhimli

Müğənni-bəstəkar Rəhim Rəhimli efirlərə çıxmamasının səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu haqda “Gün ortası” proqramında danışan sənətçi səbəb kimi sosial şəbəkələri göstərib.

“Hər efirə çıxandan sonra  açıqlamalarım saytlarda, İnstaqram səhifələrində paylaşılır. İstifadəçilər həmin paylaşımın altında artıq-əskik fikirlər yazır. Bu da ailəmi narahat edir. Qardaşım dərhal zəng edir ki, hansı proqramda olmusan? İnstaqramda biri belə bir şey yazıb. Onları tapmaq çox asandır: ya belə, ya hüquq-mühafizə orqanları tərəfindən. Anam da narahat olur. Bunların tərbiyələri haradandır? Necə tərbiyələniblər? Ona görə belə şeyi görəndə insan hər şeyə son qoyub, getmək istəyir. Sənəti sonlandırmaq istəyirsən", - deyə müğənni bildirib.

pia.az