Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.
PİA.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.
Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.
Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.
pia.az